Bu ölkə Rusiyadan qaz tədarükünü dayandırır
01.05.2022 374 0.0 0

Finlandiya hökuməti Rusiya qazının nəqlini dayandırmaq niyyətindədir.

Bildirək ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb.

Buna səbəb “Qazprom”un Finlandiyanın “Gasum” dövlət qaz şirkətindən mayın 20-dək qazın rublla ödənilməsinə dair cavab tələb etməsidir. Finlandiya hökuməti rublla ödənişdən imtina edib.

Rəsmi hesablamalara görə, Rusiya qazını Estoniya qaz kəməri və LNG terminallarının resursları ilə əvəz etmək mümkün olmayacaq.

Eyni zamanda, qaz Finlandiyanın ümumi enerji istehlakının cəmi 5%-ni təşkil edir. Ölkə qazının yalnız üçdə ikisini sənaye, əsasən kimya və meşə müəssisələri istifadə edir.

Xatırladaq ki, martın sonunda Rusiya Prezidenti Vladimir Putin qazın avro ilə deyil, rublla ödənilməsi barədə sərəncam verib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar