Bu ölkə müharibə tədbiri gördü
06.05.2015 609 0.0 0

Polşa Prezidenti Bronislav Komorovski sərhəd ərazilərdə müxtəlif növ xarici təhlükəyə, təhdidə qarşı hazırlıq tədbirlərinin görülməsi və "şübhəli adamların" peyda olmasına imkan verilməməsi barədə göstəriş verib.

Məlumata görə, o, bu barədə qərarı Polşa-Rusiya sərhədindəki Qjexotki-Mamonovo keçid məntəqəsinə baş çəkən zamanı verib.

Ölkə prezidenti deyib ki, sərhəddə nəzarət üçün müxtəlif növ böhranlı hadisələrdə və vəziyyətlərdə Polşa dövləti tərəfindən dərhal cavab vermək imkanına malik müasir avadanlıq istifadə olunur. Rusiya və Ukrayna ilə sərhəddə baş verə biləcək hər hansı problemin yerində həll etmək gücünə sahibik.

B.Komorovski bildirib ki, bu gün Polşada ordusu tərəfindən sərhəd xidmətinin gücləndirilməsi, böhran halında müdafiə potensialının möhkəmləndirilməsi ilə bağlı ciddi iş aparılır. Həmçinin hərbi vəziyyət yarandığı təqdirdə müdafiə sisteminin təminatı üçün sərhəd xidmətinin potensialından istifadə etmək üçün tədbirlər görülür.

Xatırladaq ki, Varşava bundan əvvəl Litva, Polşa və Ukrayna ilə birgə hərbi briqadaların yaradılması təşəbbüsünü bəyənib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar