Bu ölkədə sünnətə qadağa qoyulacaq
20.02.2018 882 0.0 0

Hökumətin qərarına ölkədə yaşayan müsəlmanlar və yəhudilər etiraz ediblər

İslandiya hökuməti sünnəti qadağan etməyə hazırlaşır.  "The Guardian"a istinadən xəbər verilir ki, əgər qanun qəbul olunsa, İslandiya kişilərə sünnəti qadağan edən ilk Avropa ölkəsi olacaq.

Hökumətin parlamentə təqdim etdiyi qanun layihəsində, sünnətin uşaq haqlarını kobud şəkildə pozduğu qeyd olunur.

 

"Tibbi səbəblər istisna olmaqla, sünnətin qadağan olunması üçün məclisə təklif göndərdik. Bizim üçün dini qaydalar əsas deyil, uşaqların haqları daha üstündür", – hökumətdən bildirilib.

Əgər təklif parlamentdən keçsə, qanunu pozanları 6 ilədək həbs gözləyir.

İslandiya hökumətinin qərarına ölkədə yaşayan müsəlmanlar və yəhudilər etiraz ediblər.

"Onda belə çıxır ki, İslandiya dövləti öz ərazisində bizləri görmək istəmir. Çünki sünnət yəhudilik üçün vazkeçilməzdir", – yəhudi icması açıqlama yayıb.

Qeyd edək ki, 336 min nəfər əhalisi olan İslandiyada 1500-ə yaxın müsəlman, 250 yəhudi vətəndaş yaşayır./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar