Bu ölkədə növbəti güclü zəlzələ baş verdi
12.05.2015 707 0.0 0

Nepalda növbəti dəfə güclü zəlzələ baş verib.

Məlumata görə, yeraltı təkanların gücü Rixter şkalası ilə 7,1 bal olub. Bu haqda məlumatı ABŞ-ın Geoloji xidməti yayıb. 

Seysmoloqların verdiyi məlumata görə, zəlzələnin episentri ölkənin şimalında Namçe-Bazar adlı yerdən 68 km qərbdə, 10 km dərinlikdə olub. 

Hələlik dağıntı və ya təlafat barədə dəqiq məlumat verilmir. 

Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində 8 min 200 adam həlak olmuş, minlərlə adam yaralanmışdı. 
Dünyanın onlarla ölkəsi, o cümlədən Azərbaycan Nepala humanitar yardım göndərib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar