Bu ölkə `Google` və `Facebook`u cərimələdi
07.01.2022 286 0.0 0

Fransanın Milli İnformasiya və Azadlıqlar Komissiyası (CNIL) “Google” şirkətini 150, “Facebook”u isə 60 milyon avro cərimələyib.

Məlumat görə, buna səbəb sözügedən şirkətlərin internet istifadəçilərinin kukilərdən imtina etməsini çətinləşdirməsidir. Belə ki, istifadəçilərə məxsus məlumatların bir hissəsini toplayan kukiləri bir toxunuşla qəbul etmək mümkün olsa da, ondan imtina “Google” və “Facebook”un xidmətlərindən istifadəni çətinləşdirir.


Hər iki internet platformasına kukilər siyasətini dəyişmək üçün 90 gün vaxt verilib. Gecikəcəkləri təqdirdə “Google” və “Facebook” şirkətləri hər ötən gün üçün əlavə 100 min avro cərimə ödəməli olacaq./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar