Bu kolbasalarda donuz əti aşkarlandı
14.02.2015 997 0.0 0

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kolbasalardan donuz əti aşkarlayıb.

Dövlət Komitəsindən  verilən məlumata görə, "İlahə-96" İKM-nin "Lider R.M" nişanlı "Moskovskaya texnologiya" adlı bişmiş hisə verilmiş "Servelat kolbasası"nda və "Aymin" MMC-nin "Bakı" nişanlı bişmiş hisə verilmiş servelat kolbasasında nöqsan aşkarlanıb. 

Aparılan anilizlərin cavabından məlum olub ki, təqdim edilmiş nümunələrdə məhsulun markalanmasında qeyd olunmayan donuz əti aşkar edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar