Bu ilin ilk Ay tutulması nadir təbiət hadisəsi ilə üst-üstə düşəcək
11.01.2018 818 0.0 0

Bu ilin ilk Ay tutulması “mavi ay”ın (bədirlənmiş ay) görünməsi ilə üst-üstə düşəcək.

 

 

Məlumata görə, bu, 150 ildən bir müşahidə edilən nadir təbiət hadisəsi sayılır.

 

Bundan əvvəl Ay tutulması ilə “mavi ay”ın eyni zamanda görünməsi hadisəsi 1866-cı ildə müşahidə olunub.

 

 

“Mavi ay” nadir təbiət hadisəsidir. Bu zaman ay ərzində Ay iki dəfə bədirlənir. Belə hal bir də 2028-ci il dekabrın 31-də qeydə alınacaq.

 

 

Qeyd edək ki, sırf ayın bədirlənməsi sonuncu dəfə 2015-ci ildə müşahidə edilib. Bu ilin mart ayında isə növbəti dəfə ay bədirlənmiş formada olacaq.

Xatırladaq ki, 2018-ci ildə iki dəfə Ay tutulması qeydə alınacaq. İlk tutulma yanvarın 31-də, sonrakı tutulma isə iyulun 28-də baş verəcək. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar