Bu ilin iki ayında Ermənistana göndərilən humanitar yardımın miqdarı açıqlanıb
03.04.2018 924 0.0 0

Bu ilin yanvar-fevral aylarında Ermənistana 27 milyon dollarlıq, 372 ton humanitar yardım göndərilib.

“RusArminfo”ya istinadən xəbər verilir ki, məlumatı Ermənistanın Milli Statistika Xidməti açıqlayıb.

Ermənistana humanitar yardım göndərən ölkələrin siyahısına ABŞ başçılıq edir. Bundan sonrakı yerləri Çin və Hindistan tutur. Ermənistana Avropa İttifaqı ölkələrindən 784 min avro dəyərində yardım göndərilib. Bu il ölkəyə MDB-yə üzv dövlətlərdən yardım göndərilməyib.

Məlumatda bildirilib ki, Ermənistana hesabat dövründə humanitar yardım çərçivəsində 12,5 milyon dollarlıq kimyəvi mal, 11,4 milyon dollarlıq istehsalat avadanlığı, 1,5 milyon dollarlıq maşın və texnika göndərilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar