Bu il fənn olimpiadalarında 30 minə yaxın şagird iştirak edəcək
10.01.2017 649 0.0 0

Yanvarın 15-dən Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi start götürəcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, respublika fənn olimpiadalarına maraq ildən-ilə artmaqdadır. Belə ki, 2016/2017-ci ildə riyaziyyat, fizika, kimya, biologiya , informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı və tarix olmaqla 8 fəndən 29691 şagirdin iştirakı ilə əlaqədar yerlərdən sifariş alınıb. Ən çox iştirakçı 6420 şagird olmaqla Azərbaycan dili və Ədəbiyyatı fənnindən, sonra 6254 şagird olmaqla Riyaziyyat fənnindən, ən az iştirakçı isə 472 şagird olmaqla İnformatika fənnindən olacaq. 
 
Bölgələr üzrə statistik məlumata əsasən, ən çox şagird Bakı şəhərindən 6154 şagird, Gəncə şəhərindən 1049, ən az iştirakçı isə 73 nəfər Naftalan şəhərindəndir. Naxçıvan MR-dan isə 654 şagird iştirak edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar