Bu gün Moskvada MDB-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
30.11.2016 617 0.0 0

Bu gün Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 71-ci iclası keçiriləcək.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi idarələrinin rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsi, MDB-nin iştirakçı ölkələrinin Müdafiə Nazirləri Şurası Katibliyi, MDB-nin Antiterror Mərkəzi və MDB-nin Sərhəd Qoşunları Komandanlığı Şurasının Əlaqələndirmə Xidmətinin nümayəndələri iştirak edəcəklər.
İclas zamanı müdafiə nazirliklərinin qarşılıqlı fəaliyyət istiqaməti üzrə 20 müxtəlif məsələ nəzərdən keçiriləcək. Həmçinin 2016-cı ilə yekun vurulması və 2017-ci ilin birgə işini, eləcə də MDB MNŞ-nin yaradılmasının 25-ci ildönümü ilə bağlı tədbirin keçirilməsini planlaşdırmaq nəzərdə tutulur.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə iştirak etmək üçün Moskvaya səfər edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar