Bu gün Əli Kərimli konsert verirdi
15.03.2015 1047 0.0 0

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən icazəli mitinqi ilə bağlı sərt açıqlamalar verib.

Məlumata görə, Siyavuş Novruzov bildirib ki, bu gün keçirilən mitinq əslində bir şou idi.

"Bu şouda Əli Kərimli konsert verirdi. Çıxışdan daha çox musiqi idi. Özünün səsi olmadığından elə Əbülfəz Qurbanlını orada uladırdı".

S. Novruzov bildirib ki, mitinqdə səslənən fikirlərin heç biri, ümümiyyətlə, nə məntiqə, nə iqtisadiyyata, nə siyasətə aidiyyatı olmayan məsələlərdir.

Onun sözlərinə görə, Avropadan ayrı-ayrı qurumlardan maliyyələşən və onların sifarişi ilə Azərbaycanda bu cür şeyləri təşkil edən insanlar digər insanların ünvanına ittiham səsləndirirlər.

"Bu cür mitinqlərin heç bir effekti yoxdur və gələcəkdə də effektsiz olacağı göz qabağındadır, çünki müxalifətin heç bir sosial bazası mövcud deyil. Mitinqdə 800-dən çox insan iştirak edirdi. Onların da əksəriyyəti özlərinin qohum-əqrabası və pulla tutulmuş adamlarıdır".

Qeyd edək ki, Milli Şura bu gün Bakıda mitinq keçirib. Mitinqin sonunda qətnamə oxunub. Daha sonra növbəti mitinqin tarixi də açıqlanıb. Belə ki, növbəti aksiya aprelin 5-də keçiriləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar