Bu gün Əlcəzairdə prezident seçkiləri keçiriləcək
12.12.2019 425 0.0 0

Bu gün Əlcəzairdə son dərəcə kəskin ictimai-siyasi böhrana son qoymaq çağırılmış prezident seçkiləri keçiriləcək.

Bildirək ki, səsvermənin nəticələri üzrə 20 il ölkəni idarə etmiş və 2019-cu ilin aprelində istefaya getmiş sabiq prezident Əbdüləziz Buteflikin xələfi məlum olacaq. 

Seçkilərin təşkilinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün xüsusi olaraq yaradılmış Müstəqil Milli Seçki Orqanının məlumatına görə, Əlcəzairin 24,4 milyondan çox vətəndaşı səsvermə hüququna malikdir. Respublikanın bütün ərazisində seçki prosesinin təminatı üçün 61 mindən çox seçki məntəqəsi açılıb.

Konstitusiya Şurası seçkilərə beş namizədi buraxıb. Bunlar Milli Demokratik Birləşmə Partiyasının müvəqqəti baş katibi, 60 yaşlı Aziddin Mihubi, sabiq turizm naziri, "Al-Bina" siyasi hərəkatının rəhbəri, 57 yaşlı Əbdülqadir Benqrin, iki keçmiş baş nazir - 74 yaşlı Əbdülməjid Tebbun və 75 yaşlı Əli Benflis, həmçinin 56 yaşlı Əbdüləziz Belaiddir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar