Bu gün Çempionlar Liqasının qrup mərhələsində sonuncu tura start veriləcək
05.12.2017 883 0.0 0

Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək.Qazeta.info “Report” -a istinadla xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.

Avropanın müxtəlif ölkələrində baş tutacaq 8 matçdan sonra 1/8 finala vəsiqə qazanan komandaların sayı 12-ə çatacaq. Sözügedən 4 vəsiqəyə 7 iddiaçı var. Bunlar "Mançester Yunayted", "Bazel", MOİK, "Roma", "Atletiko", "Sportinq" və "Yuventus" komandalarıdır.

A qrupunda MOİK-i qəbul edəcək “Mançester Yunayted”i heç-heçə də qane edir. İngiltərə təmsilçisi uduzsa belə, 1/8 finala çıxa bilər. Bunun üçün “Bazel”in “Benfika” ilə səfər matçında xal itirməsi lazımdır. Rusiya klubunun taleyi isə öz əlindədir. Moskvalılar ya qalib gəlməli, ya da heç-heçə edib, “Bazel”in uduzmasını gözləməlidirlər.

B qrupunda PSJ və “Bavariya”nın qitənin ən nüfuzlu klub turnirində yollarına davam edəcəkləri dəqiqləşib. Hansı komandanın Avropa Liqasına düşəcəyinə isə "Seltik" - "Anderlext" duelində aydınlıq gələcək.

C qrupunda “Çelsi” pley-offa erkən yüksəlibsə, “Qarabağ”ın qrup sonuncusu olması rəsmiləşib. Ağdam klubunu qəbul edəcək “Roma” qalib gəlməklə, “Çelsi”yə qoşulacaq. “Atletiko” isə İngiltərədə qələbə qazanıb, italiyalıların xal itirmələrinə ümid etməlidir.

D qrupunda “Barselona” 1/8 finala adlayıb. "Yuventus" və "Sportinq" də anoloji uğura imza ata bilərlər. Portuqaliyalıları 1 xal qabaqlayan İtaliya çempionunun taleyi öz əlindədir.

Qeyd edək ki, “Bavariya”, PSJ, “Çelsi”, “Barselona”, “Beşiktaş”, “Mançester Siti”, “Real” və “Tottenhem” 1/8 finala vəsiqəni təmin edib. “Anderlext”, APOEL, “Seltik” və Dortmund “Borussiya”sı pley-off şansını itirib. “Qarabağ”, “Benfika”, “Maribor”, “Monako”, “Olimpiakos” və “Feyenoord”un qrup sonuncusu olacağı dəqiqləşib.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

5 dekabr

 

A qrupu

23:45. "Mançester Yunayted" (İngiltərə) - MOİK (Moskva, Rusiya)

23:45. "Benfika" (Portuqaliya) - "Bazel" (İsveçrə)

Xal durumu: "Mançester Yunayted" - 12, "Bazel" - 9, MOİK - 9, "Benfika" - 0.

B qrupu

23:45. "Bavariya" (Almaniya) - PSJ (Fransa)

23:45. "Seltik" (Şotlandiya) - "Anderlext" (Belçika)

Xal durumu: PSJ - 15, "Bavariya" - 12, "Seltik" - 3, "Anderlext" - 0.

C qrupu

23:45. "Roma" (İtaliya) - "Qarabağ" (Azərbaycan)

23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya)

Xal durumu: "Çelsi" - 10, "Roma" - 8, "Atletiko" - 6, "Qarabağ" - 2.

D qrupu

23:45. "Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya)

23:45. "Barselona" (İspaniya) - "Sportinq" (Portuqaliya)

Xal durumu: "Barselona" - 11, "Yuventus" - 8, "Sportinq" - 7, "Olimpiakos" - 1.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar