Bu gün bu rayonlarda qaz olmayacaq
13.01.2017 914 0.0 0

Bu gün Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, “Təzə Qanlı Göl” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar yanvarın 13-də saat 09:30-dan  18:00-dək Yasamal rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar