Bu gün BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirəcək
25.09.2016 592 0.0 0

 BMT Təhlükəsizlik Şurası bu gün Bakı vaxtı ilə 19.00-da Suriyanın Hələb şəhərindəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, BMT TŞ-nin iclası Böyük Britaniya, Fransa və ABŞ-ın təşəbbüsü ilə çağırılıb.   
 
“Frans Press”-in məlumatına görə, BMT TŞ-nin təcili iclası Hələbdəki hərbi əməliyyatla əlaqədar çağırılır.
 
Qeyd edək ki, bundan əvvəl Suriya ordusunun komandanlığı İŞİD-in nəzarətində olan Hələb şəhərinin azadetmə əməliyyatına başlandığını elan edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar