Bu gün Bakının iki rayonunda qazın verilişində fasilələr yaranacaq
30.09.2016 716 0.0 0

Bu gün Bakı şəhəri Nizami rayonunun  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız –qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından, sentyabr ın 30-da saat 09:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin  qaz təchizatına təsir göstərməsi mümkündür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar