Bu gün bəzi rayonlarda qaz olmayacaq
11.05.2016 567 0.0 0

Bu gün Bakı şəhəri Nəsimi, Yasamal, Binəqədi və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 200 mm-lik siyirtmənin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 11-də saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Çiçək yaşayış massivində, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu, Güzdək, Hökməli qəsəbələrində, həmçinin Nəsimi və Yasamal rayonlarının   bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar