Bu gün Azərbaycanın bu rayonlarında təbii qaz olmayacaq
17.02.2016 640 0.0 0

 

Bu gün Bakının Abşeron, Xəzər, Sabunçu, Nizami, Binəqədi rayonlarının, eləcə də Qax və Sabirabad rayonlarının bir hissəsində təbii qazın verilişində məhdudiyyətlər olacaq.

 

Bu barədə “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Məlumata görə, məcburi köçkün ailələri üçün tikilmiş fərdi yaşayış evlərinin, poçt, inzibati, ambulator binalarının və 150 şagird yerlik orta məktəbin qazanxanasının qazlaşdırılması, yeni çəkilmiş diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 17 fevral, saat 09:30-dan işlər yekunlaşanadək Abşeron rayonunun Masazır, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, Sabunçu rayonunun Bakıxanov, Nizami rayonunun Keşlə, Binəqədi rayonunun Sulutəpə qəsəbələrində, Qax və Sabirabad rayonlarının isə bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq./apa/

 

Qazeta.info əlavə olaraq SOCAR-a istinadla bildirir ki, bu gün həmçinin Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq
                               
                               
Fevralın 17-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Xaldan” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işləri aparılan müddətdə Yevlax rayonunun Xaldan və Qarxun kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar