Bu gün Azərbaycan və və Ermənistan XİN başçılarının görüşü olacaq
18.01.2018 783 0.0 0

 Bu gün Polşanın Krakov şəhərində Azərbaycan və və Ermənistan xarici işlər nazirlərin görüşü keçiriləcək.

Bildirək ki, Elmar Məmmədyarov və Edvard Nalbəndyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəklər. 

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan və və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü dekabrın 7-də Avstriya paytaxtı Vyanada keçirilib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar