Bu da yeni «Mercedes» -FOTOLAR
27.03.2015 605 0.0 0

Dünyanın ən qabaqcıl avtomobil şirkətlərindən biri olan "Mercedes" yeni modelini təqdim edib. 

Məlumata görə, "Mercedes-Benz"in çılğın avtomobil konsepti "F 015 Luxury in Motion" adlanır. Yeni model San Fransisko küçələrində nümayişə çıxarılıb. 

Gələcəyin maşınını görənlər heyrətlərini gizlədə bilməyiblər. Yeni model sürücüsü olmadan hərəkət edə bilir. 

Maşının dizaynında LED işıqlardan istifadə edilib. Maşın iki fərqli rəngdə istehsal edilib. 
Yüksək texnologiya ilə təhciz edilən maşın rahatlığı ilə də başqalarından seçilir. "Mercedes Benz F 015" daxili dizaynı ev rahatlığını xatırladır. Maşının içərisində 4 rahat oturacaq və balaca masa var. Sükanın qarşısında olan oturacaqlar rahatlıqla fırlana bilir. 

Hələlik yeniliyin qiyməti və satışa çıxarılacağı vaxt açıqlanmayıb. /anspress/

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar