Bu buludlar `Qiyamət günü`ndən xəbər verirlər?- VİDEO
27.03.2017 2384 0.0 0

Qorxunc görkəmli bu xüsusi bulud növü qədimdən məlumdur. Məsələn, bu buludlar bəzən insan sifəti görkəmini alırlar.

Ümumdünya meteorologiya təşkilatı rəsmi olaraq nadir bulud növünü qeydə alıb və onları Beynəlxalq bulud atlasının yeni nəşrinə daxil edib.  Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir.  Məlumata əsasən, qorxunc görkəmli bu xüsusi bulud növü qədimdən məlumdur. Məsələn, bu buludlar bəzən insan sifəti görkəmini alırlar. Lakin bu cür buludlar kifayət qədər öyrənilməyiblər. İnsanlar onları görəndə adətən qorxurlar və onları Qiyamət günü və ya yadplanetlilərin hücumu ilə əlaqələndirirlər.

9 il əvvəl "Qiyamət buludları" ilə Bulud həvəskarları cəmiyyətinin banisi, ingilis yazıçısı Qevin Pretor-Pinney maraqlanmağa başlayıb. 2009-cu ildə o buludlara Undulatus asperatus (lat. – dalğalı-təpəlikli) adını verməyi və onları ümumi təsnifata daxil etməyi təklif edib.

Yazıçı öz arzusuna yalnız bu il çatıb. Yeni atlasda bu tipli buludlara asperitas (lat. – nahamarlıq) adı verilib. Bundan əlavə, atlasa daha 11 növ bulud daxil edilib. Beynəlxalq bulud atlası ilk dəfə 1896-cı ildə dərc olunub. Sonuncu dəfə yeni buludların adı bu atlasa 1951-ci ildə daxil edilib./Sputnik.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar