BŞTİ müdiri: `Son günlər Bakıda yağan yağış nəticəsində davamiyyət ciddi şəkildə zəifləməyib`
06.10.2017 576 0.0 0

"Son günlər paytaxt Bakıda yağmurlu hava şəraiti zamanı ümumitəhsil müəssisələrində dərsə davamiyyətin aşağı düşməsi ilə bağlı bizə heç bir müraciət daxil olmayıb".

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, şagirdlərin dərsə davamiyyəti məsələsi hər zaman diqqət mərkəzindədir: "Bu problem ən çox soyuq aylarda yolların buz bağlaması və ya yollarda yaranan çətinlik zamanı müşahidə olunur. Hazırkı vəziyyətdə yağan yağış nəticəsində davamiyyət ciddi şəkildə zəifləməmişdi"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar