Brüsseldə terror-FOTO, VİDEO
22.03.2016 659 0.0 0

Bu gün Belçikanın paytaxtı Brüsseldə törədilən silsilə terror aktları nəticəsində 34 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə VRT telekanalı məlumat yayıb.

Qeyd olunur ki, metroda baş verən partlayış nəticəsində 20, hava limanında törədilən iki partlayış nəticəsində isə 14 nəfər ölüb. Son məlumatlara görə, ən azı 136 nəfər yaralanıb.

Bildirək ki, İŞİD terror təşkilatı terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar