Britaniyanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa etdi (VİDEO)
24.08.2015 547 0.0 0

Böyük Britaniya İrandakı səfirliyin fəaliyyətini bərpa edib.

ANS TV-nin məlumatına görə, Britaniya paytaxt Tehranda 4 ildən sonra yenidən diplomatik korpusunu açması, Qərblə İran arasında buzların əriməsindən xəbər verir.

Böyük Britaniyanın xarici işlər nazirliyinin səfirliyin açılış mərasiminə qatılmasını isə bir çox politoloqlar böyük jest kimi qələmə veriblər. Ola bilsin ki, bir çox Qərb yönümlü ölkələr də məhz Böyük Britaniyanın bu jestindən sonra İran arasındakı narazılıqlarda aradan qalxsın. Bunun baş verməsinə səbəb ötən ay İranla “altılıq” ölkələri arasında nüvə proqramı ilə bağlı razılığın əldə olunmasıdır.

Hansı ki, məhz bu anlaşma həm də Britaniya ilə İran arasındakı münasibəti yenidən müsbət istiqamətdə dəyişdirməyi bacardı. 

Diplomatik missiyanın yenidən açılması Tehran sakinləri arasında birmənalı qarışılanmayıb.

“Britaniya bizə qarşı heç vaxt yaxşı “üzünü” göstərməyib. Onların bizə qarşı münasibətləri heç vaxt dürüst olmayıb. Şübhəsiz ki, onların gəlişi müəyyən problemlərə yol açacaq”, – deyə İran sakini Məhəmməd Cəfəri bildirib.

Böyük Britaniya İranla diplomatik əlaqələrini 2011-ci ildə bir qrup etirazçının səfirlik binasına daxil olmasından sonra dayandırmışdı. 

İranın vitse-prezidenti İşaq Cahangiri Tehranda keçirilən tədbirlərin birində çıxışı zamanı bildirib ki, İranın indiki “uzaqgörən və ümid” hökümətinin dünyanın istənilən ölkələrilə iqtisadi-siyasi əlaqələrə açıqdır./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar