Britaniya XİN rəhbəri Fars körfəzi ölkələrini Qətərə təzyiqi azaltmağa çağırıb
12.06.2017 629 0.0 0

Böyük Britaniya xarici işlər naziri Boris Conson Fars körfəzi ölkələrini, o cümlədən Səudiyyə Ərəbistanını Qətərə təzyiqi azaltmağa çağırıb.

 

“Röyters”ə istinadən verilən məlumata görə, qətərli həmkarı Məhəmməd bin Əbdurrəhman əl-Tani ilə görüşən B. Conson bildirib ki, London bir sıra ölkələrin Qətərə qarşı hərəkətindən narahatdır.

 

“Fars körfəzi ölkələrini gərginliyin azaldılması və problemin həlli üçün təcili addımlar atmağa çağırıram”, - deyən B. Conson vurğulayıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar