Brejnevin `Çayka`sı internetdə satışa çıxarıldı
05.04.2018 960 0.0 0

“Yula” elan saytında 1980-ci ilin QAZ-13 “Çayka” avtomobilinin satışa çıxarıldığı barədə məlumat yayılıb.

“Sputnik-Özbəkistan”a istinadən xəbər verilir ki, elanda satıcı limuzinin səfirliyin qarajına aid olduğunu və  1982-ci ildə   Sovet İttifaqının lideri Leonid Brejnevin  Özbəkistana səfəri zamanı onunla Daşkəndi gəzdiyini əmin edir.

Avtomobilin satış qiyməti 30 milyon rubl göstərilir.  Məlumata görə, “Çayka”a buna qədər  iki sahib görüb və ümumilikdə cəmi iki min kilometr yol qət edib.

 Limuzin 20 saniyə ərzində 100 km/s-a qədər sürət yığa bilir.  Avtomobilin orijinal mühərriki, 195 at gücü olan V-şəkilli “səkkizlik” də qorunub saxlanıb./Oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar