Böyük müharibə əmri verildi
25.03.2015 1361 0.0 0

Ukrayna prezidenti Pyotr Poroşenko dövlətin bütün güc strukturlarının iştirakı ilə geniş miqyaslı əməliyyatlara başlandığını bildirib. 

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, Poroşenko bu barədə Ukrayna təhlükəsizlik xidmətinin yaradılmasının ildönümü ilə bağlı keçirilən mərasimdə bildirib. 

"Mənim əmrim ilə Ukraynanın bütün güc strukturları genişmiqyaslı əməliyyata başlayıb. Məqsədimiz odur ki, əllərində silahla ukraynalıları öldürən cinayətkarlar cəzasız qalmasın", - deyə Poroşenko vurğulayıb. 

Prezidentin sözlərinə görə, Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşının qatilinin tapılması "şərəf məsələsidir".

Söhbət Volnovaxda Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşının cəzalandırılmasıdır. Zabit naməlum adamlar tərəfindən avtomatla güllələnib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar