Böyük Britaniyadan Dağlıq Qarabağ açıqlaması
02.06.2015 621 0.0 0

"Böyük Britaniya Dağlıq Qarabağın qondarma rejimini tanımır və rəsmi səviyyədə onunla təmasları yoxdur".

Məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın Britaniyaya səfər etmək niyyəti barədə məlumatı şərh edərkən deyib.

O bildirib: "Hər hansı bir vətəndaşın etibarlı pasportu varsa, onun ölkəyə girişini qadağan etmək hüququmuz yoxdur".

İ.Siddiq əlavə edib ki, əgər belə səfər baş tutarsa, separatçı rejimin nümayəndələri ilə dövlət səviyyəsində heç bir görüş keçirilməyəcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar