Böyük Britaniya 2700 il azadlıqdan məhrum edilən məhkumu İspaniyaya verəcək
28.04.2017 703 0.0 0

Böyük Britaniya məhkəməsi baskların ETA terror qruplaşmasının üzvü Antonio Troitinonun İspaniyaya ekstradisiyasına razılıq verib.

TASS-a istinadən xəbər verilir ki, daha əvvəl ETA üzvü 22 terror aktında əli olduğundan 2,7 min ildən çox müddətə məhkum edilib.

A.Troitino 2011-ci ilin aprel ayında 24 il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra azadlığa buraxılıb. Amma sonradan İspaniya Məhkəmə Kollegiyası müvafiq orqanın cinayətkarın həbsxanada keçirməli olduğu müddəti düzgün hesablamamasına görə terrorçunun yenidən həbs edilməsinə dair qərar çıxarıb. Amma həmin ana qədər A.Troitino Londona gedib və saxta sənədlər istifadə edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar