Boris Conson nazirlərə Davos Forumunda iştirakı qadağan edib
18.12.2019 422 0.0 0

Böyük Britaniyanın Baş naziri Boris Conson nazirlərə Davos Dünya İqtisadi Forumunda iştirakı qadağan edib.

Bildirək ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşrin məlumatına görə, Consonun özü də forumda iştirak etmək niyyətində deyil. Qeyd olunub ki, Baş nazir fikirlərini İngiltərə xalqının prioritetləri üzərində cəmləşdirmək istəyir.

Bunların arasında 31 yanvar tarixinə qədər “Brexit”in həyata keçirilməsi və Milli səhiyyə sistemi də var.

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu 2020-ci ilin yanvarında Davosda keçiriləcək. ABŞ prezidenti Donald Tramp tədbirdə iştirak etmək istədiyini açıqlamışdı. Lakin məlumat hələ rəsmi təsdiqini tapmayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar