Borcunu qaytarmayan 27 nəfər saxlanılıb
28.02.2022 275 0.0 0

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 127 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən bildirir ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 52 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 110 nəfər saxlanılmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar