Bolqarıstan Prezidenti Bakıya gələcək
03.02.2015 795 0.0 0

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bolqarıstan Prezidenti Rosen Plevneliyev III Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün bu ilin aprel ayında Azərbaycana gələcək. Bu barədə razılıq R.Plevneliyevlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov və Mərkəzin İdarə Heyətinin üzvü, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov arasında Sofiyada keçirilmiş görüşdə əldə olunub. Prezident R.Plevneliyev Mərkəzin dəvətini qəbul edərək Foruma qatılacağını bildirib.

III Açıq Cəmiyyətlər Forumu hazırlıq çərçivəsində keçirilmiş görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, xüsusilə də bu ilin aprelində Bakıda baş tutacaq III Açıq Cəmiyyətlər Forumuna dair geniş müzakirələr aparılıb. Mərkəzin Azərbaycanla Bolqarıstan arasında münasibətlərin inkişafına verə biləcəyi töhfələr barədə də fikir mübadiləsi aparılıb. 
 
Qeyd edək ki, III Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci il aprel ayının 27-30-da Bakıda keçiriləcək. Tədbirdə 55 ölkədən 200-dək tanınmış ictimai və siyasi xadimlər, sabiq ölkə və hökumət rəhbərləri ilə yanaşı, hazırkı dövlət və hökumət başçılarının da iştirakı planlaşdırılıb. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar