Boliviya prokurorluğu sabiq prezident Moralesin həbsinə order verib
19.12.2019 129 0.0 0

Boliviyanın müvəqqəti hökumətinin daxili işlər naziri Arturo Murilo qiyam, terrorizm və terrorizmin maliyyələşdirilməsi ittihamı üzrə ölkənin sabiq prezidenti Evo Moralesə ölkə prokurorluğu tərəfindən verilən həbs orderini yayımlayıb.

Bu barədə RİA "Novosti"yə istinadən xəbər verilir.

"Məlumunuz olsun ki, cənab Morales", - deyə "Twitter"də yayılmış sənədin şəkilinin altındakı məlumatın mətnində yazılıb.

La-Pas Prokurorluğunun Xüsusi Antikorrupsiya Komissiyası üzvlərinin imzaladığı 18 dekabr tarixli sənəd bütün vəzifəli şəxslərə Boliviyanın sabiq prezidenti Evo Moralesin "qiyam, terrorizm və terrorçuluğun maliyyələşdirilməsi iddiası ilə" tutulması və səlahiyyətlərinə xitam verilməsi üçün göstəriş verir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar