Bölgələr üzrə buraxılış imtahanlarının vaxtı açıqlanıb
17.05.2016 529 0.0 0

 Bu il Azərbaycanda bölgələr üzrə buraxılış imtahanlarının keçirilmə vaxtı açıqlanıb.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından  verilən xəbərə görə, Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə buraxılış imtahanı iyunun 16-da, Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron, Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi Liseydə iyunun 21-də, Bakıda iyunun 25-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustan da isə iyunun 30-da keçiriləcək. Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı isə iyulun 5-də təşkil olunacaq.
 
Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər.|apa|


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar