Boks üzrə sabiq dünya çempionu yol qəzasında ölüb
20.05.2017 748 0.0 0

Boks üzrə sabiq dünya çempionu, meksikalı David Sançes yol qəzasında ölüb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə 25 yaşlı D.Sançesin doğulduğu Sonore şəhərində baş verib.

 

Məlumata əsasən, onunla birgə maşında olan qardaşı da dünyasını dəyişib.

 

Qeyd edək ki, 52 kq çəki dərəcəsində çıxış edən  David Sançes 2014-cü ilin yanvarından 2015-ci ilin sentyabrınadək Ümumdünya Boks Assosiasiyasının versiyasına görə dünya çempionu tituluna sahib olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar