BOKO HARAM GÖZLƏNİLMƏDƏN HÜCUMA KEÇDİ
07.02.2015 687 0.0 0

Terror təşkilatı Boko Haramın Nigeriya sərhədindəki nəzarət məntəqəsinə təşkil etdiyi hücumda 110 hərbi qulluqçq ilə 4 sıravi əsgər və 1 vətəndaşın öldüyü, 2 adamın isə itkin düşdüyü bildirilir.

Niger dövlət televiziyasında açıqlama verən Müdafiə naziri Məhəmməd Karidjo, Boko Haramın dünən Nigeriya sərhədindəki Bosso bölgəsində olan hərbi idarə məntəqəsinə etdiyi hücumda 110 hərbi qulluqçq ilə 4 sıravi əsgər və 1 vətəndaşın öldüyü, 2 adamın isə itkin düşdüyü bildirib.

Karidjo  "Nigeriya hər zaman azadlıq və tolerantlıq prinsiplərinə sadiq qaldı və müttəfiqləriylə, Çad Gölü ətrafında fəaliyyət göstərən terror təşkilatlarına qarşı döyüşərək, insanları  və onların əmlaklarını qorumağa hər zamankindən daha da israrlıdır" deyə bildirib.

Xatırladaq ki, Nigeriyalı hərbi səlahiyyətlilər, Boko Haramın dünən ilk dəfə, Nigeriya sərhədi yaxınlığında olan Bosso bölgəsindəki bir hərbi məntəqəyə  hücum təşkil etdiyini söyləyib.

Əlavə olaraq bildirək ki, Efiopiyanın paytaxtı Əddis-Ababada 30-31 Yanvarda təşkil edilən 24. Afrika Birliyi Liderlər Zirvəsində, Niger prezidenti Məhəmədi İsufu, Çadli həmkarı İdris Debi ilə  görüşündə, Boko Harama qarşı ortaq əməliyyat təşkil edilməsi mövzusunda razılığa gəlmiş və Nigeriya ilə müqavilə imzalamışdı.

Vəziyyətin gərdinləşməsindəm dolayı, bazar ertəsi Niger Parlamenti, terror təşkilatı Boko Haramla mübarizəyə dəstək üçün Nigeriyaya əsgər göndərilməsi mövzusunu  müzakirə etməsi gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar