Boğazını kəsərək özünü xəstəxana binasından atan kişi ölüb
02.06.2016 775 0.0 0

Balakəndə bıçaqla bədəninə çoxsaylı xəsarət yetirdikdən sonra nəfəs borusunu kəsərək xəstəxananın binasından özünü atan 50 yaşlı kişi ölüb. 

 

Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynullah Məhəmməd oğlu Hudulov bu gün saat 04:30 radələrində Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində keçinib. 


Qeyd edək ki, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən Zeynullah Hudulov mayın 30-dan MRX-nın terapiya şöbəsində müalicə alıb. O, iyunun 1-də bədəninin qarın və döş qəfəsinə bıçaqla 30 yerdən xəsarət yetirib, nəfəs borusunu kəsib, xəstəxana binasının 2-ci mərtəbəsində özünü atıb.

 

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar