BNA İslamiadanın bağlanış mərasimi günü daşınan sərnişinlərin sayını açıqlayıb
24.05.2017 627 0.0 0

“IV İslam Həmrəyliyi Oyunları”nın bağlanış mərasimi günü üç ekspress xətt üzrə müəyyən olunmuş istiqamətlərdən (metronun “20 yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyaları yaxınlığındakı dayanacaqlardan) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra geri daşınması 02:00-dək Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təmin edilib.

 

BNA-dan verilən məlumata görə, plana əsasən nəzərdə tutulan nəqliyyat əməliyyatları üçün Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına ümumilikdə 433 nəqliyyat vasitəsi cəlb olunub. 36 avtobus isə ehtiyat olaraq hazır vəziyyətdə saxlanılıb.

 

Saat 09:00-dan saat 12:00-dək ekspress xətt üzrə hərəkət edəcək avtobuslar texniki müayinədən keçirilərək Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb və sürücülərin tibbi müayinədən keçirilməsi yerinə yetirilib. Nəticədə 7 nəfər sürücü yüksək təzyiqi səbəbindən xətdən kənarlaşdırılıb.

 

Bağlanış mərasimi zamanı 23 164 sərnişin stadion ərazisinə, mərasim bitdikdən sonra isə 22 651 sərnişin stadiondan təyin olunmuş məntəqələrə daşınıb.

 

- X1 xətti üzrə 137 avtobus ilə 9138 sərnişin gətirilib, 103 avtobus ilə 7092 sərnişin;

 

- X2 xətti üzrə 157 avtobus ilə 9240 sərnişin gətirilib, 160 avtobus ilə 9467 sərnişin;

 

- X3 xətti üzrə 125 avtobus ilə 4386 sərnişin gətirilib, 107 avtobus ilə 5692 sərnişin aparılıb.

 

- Əlavə olaraq 11 avtobus ilə 400 nəfər Polis Akademiyasının müdavimi daşınıb.

 

Ekspress xətt avtobusları ilə müəyyən edilən dayanacaqlara daşınan sərnişinlərin müxtəlif istiqamətlərdə rahat gedişini təmin etmək məqsədi ilə bütün marşrut xətləri üzrə sərnişin avtobuslarının gecə saat 02:30-dək fəaliyyət göstərməsi təmin edilib.

 

Bununla yanaşı metronun H.Aslanov stansiyası yaxınlığında bir nəfər könüllü BNA əməkdaşları tərəfindən minik avtomobili ilə Buzovna qəsəbəsinə yola salınıb.

 

Ekspress xətt avtobuslarından istifadə edən sərnişinlərdən biri mobil telefonunu (sonradan aparılan araşdırma nəticəsində onun İranın vətəndaşı olduğu müəyyən edilib) digər biri isə içərisində pulqabı, iki ədəd mobil telefon və şəxsi əşyaları olan əl çantasını unudub. Qeyd edilən əşyaların BNA tərəfindən sahiblərinə verilməsi təmin edilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar