BMT XƏTTİ İLƏ ERMƏNİSTANA MALİYYƏ VƏSAİTİ AYRILDI
04.02.2015 888 0.0 0
Rusiya Federasiyası hökumətinin qərarına əsasən Ermənistan Respublikasına BMT-nin İnkişaf Proqramı çərçivəsində 5 milyon ABŞ dolları vəsait ayrılıb.

 

Məlumata görə, həmin vəsait BMT İnkişaf Proqramı tərəfindən Ermənistanda 2015-2019-cu illərdə “Kənd təsərrüfatı rayonlarının inkişafının kompleks dəstəklənməsi” layihəsinin həyata keçirilməsinə yönəldiləcək.


Layihədə Ermənistanın Tavuş vilayətinin balanslaşdırılmış inkişafının təmin edilməsi, kənd təsərrüfatı fəaliyyətindən əldə olunan gəlirlərin artırılması, yoxsulluğun azaldılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş kompleks tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Layihədən faydalanacaq insanların sayı 62 min nəfərdir.

Layihə Rusiya ilə Ermənistan arasında olan strateji əməkdaşlığının gələcəkdə də möhkəmləndirilməsinə xidmət edəcək.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar