BMT Uşaq Fondu: Son illər Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub
18.11.2016 619 0.0 0

Bu gün Ailə,  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) BMT-nin "Uşaq hüquqları haqqında " Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda tədbir keçirib.
 
Qazeta.info
APA-nın xəbərinə əsasən bildirir ki, komitə sədri Hicran Hüseynova bildirib ki, uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaq hüquqları ilə bağlı məlumatlılığın artırılması və onların hüquqlarının müdafiəsinə yönəldilməsi məqsədilə müxtəlif işlər görülür.
 
Onun sözlərinə görə, uşaq hüquqları sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri olan BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası Azərbaycanın müstəqilliyi yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm beynəlxalq sənədlərdən biridir: "Uşaqlar bizim və cəmiyyətimizin gələcəyidir. Elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabət dayanıqlı vətəndaş kimi böyüsün. Biz, müxtəlif dövlət nümayəndələri, məsul şəxslər bütün imkanlarımızı birləşdirməliyik ki, balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, sağlam mühitdə xoşbəxt və firavan yaşasınlar".
 
BMT Uşaq Fondunun rəhbəri Edvard Karvardin isə bildirib ki, son illər Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, bu sahədə əldə olunan müsbət nəticələr ölkədə uşaq hüquqlarına yüksək diqqət yetirildiyini göstərir: “Uşaqların təhsilli, sağlam gələcəyi üçün hər bir kəs öz səyini göstərməlidir. Əgər bu gün qız uşaqlarının təhsil almasına daha çox diqqət yetirsək, gələcəkdə həm onların özləri, həm də övladları daha sağlam olacaq. Əgər bu gün uşaqları təhsillə təmin edə biləriksə, gələcəkdə onların işlə təmin olunması, cəmiyyətdə uğurlu mövqe tutması mümkün olacaq”.
 
Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev və digərləri Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar