BMT: Şimali Koreyanın yeni raket sınaqları gərginliyi artırır
05.05.2022 301 0.0 0

Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi yeni raket sınaqları beynəlxalq gərginliyin artmasına səbəb olur.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

"Əvvəlki sınaqlar və ballistik raket texnologiyasından istifadə edilən digər fəaliyyətlər yalnız regional və beynəlxalq gərginliyin artmasına xidmət edir. Baş katib KXDR-i beynəlxalq öhdəliklərə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl etməyə çağırır", - Düjarrik bildirib.

Cənubi Koreya hakimiyyətinin məlumatına görə, KXDR bu gün səhər saatlarında Pxenyanın kənarından Yapon dənizinə doğru ballistik raket atıb. Ümumilikdə ilin əvvəlindən KXDR 10-dan çox raket sınağı keçirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar