BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək
10.04.2018 1284 0.0 0

BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi silahlardan istifadə hallarını araşdırmaq üçün yeni mexanizmin yaradılmasına dair ABŞ-ın hazırladığı qətnamə bu gün səsverməyə çıxarıla bilər.

 

Məlumata görə, bu barədə RİA Novosti agentliyi diplomatik mənbələrə istinadən xəbər verib

 

Aprelin 9-da BMT Təhlükəsizlik Şurasında Duma şəhərində kimyəvi silahla hücum və “Tifor” bazasına endirilən zərbələrlə bağlı iclas keçirilib. Müzakirələrdən  sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ekspertlərin iştirakı ilə bağlı qapılar arxasında məsləhətləşmələr aparıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar