Bloomberg: İŞİD neftin qiymətlərini 100 dollara qədər bahalaşdıracaq
15.12.2015 676 0.0 0

 

İnfrastrukturun dağıdılması OPEK-ə hasilat səviyyəsini saxlamağa imkan verməyəcək.

Bloomberg agentliyi 2016-cı il üçün “qara qu quşlarının” - status-kvonun saxlanması inanılmaz hesab edildiyi, amma müəyyən inkişaf ssenariləri əsnasında həyata keçmə ehtimalı artan hadisələrin siyahısını dərc edir.

Gazeta.ru-ya istinadən verilən xəbərə görə, agentlik bu qəbildən olan “qu quşlarından” əsasən dünya neft qiymətinin bir barel üçün 100 dollara sıçramasını hesab edir.

Bu nəticə “İslam dövləti”nin (İŞİD) sayəsində mümkündür. O, Yaxın Şərqdə əsas neft sənayesi infrastruktur obyektlərinə hücum edə bilər, eləcə də Venesuela və Əlcəzair kimi OPEK ölkələrinin də siyasi sistemdə sabitliyini poza bilər.

İnfrastrukturun dağıdılması OPEK ölkələrinə hasilat səviyyəsini saxlamağa imkan verməyəcək, bu isə bazarda neftin çatışmazlığına və 2016-cı ildə enerji daşıyıcılarına olan tələbatın kəskin artmasına gətirib çıxaracaq.

Bundan başqa, bu nəticə alternativ enerji mənbələrinə, əsasən də nüvə və “yaşıl” energetikaya investisiyaların artmasına gətirib çıxaracaq./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar