«Bloomberg»dən 2016-cı ildə Azərbaycan üçün nikbin proqnoz
11.01.2016 655 0.0 0

"Bloomberg" agentliyi 2016-cı il üzrə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı ilə bağlı proqnozunu açıqlayıb.

 

Xəbərə görə, Azərbaycanda bu göstərici cari ildə 2,4% təşkil edəcək.

 

Türkiyə və Gürcüstanda ÜDM-in 3% artacağı gözlənilir.

 

Qazaxıstanda bu göstərici 2% təşkil etdiyi halda, Rusiyada 0,5% geriləmə müşahidə olunacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Rusiya Ekvador (-0,5%), Yunanıstan (-1,8%), Braziliya (-2,5%) və Venesuela (-3,3%) ilə birlikdə siyahının “dibində” qərarlaşıb.

 

Siyahının lideri Hindistandır - ekspertlər bu ölkədə ÜDM-in 7,4% artacağını proqnozlaşdırır.

 

Maraqlıdır ki, iqtisadi çətinliklərə başı qarışan Çində 6,5%-lik artımın olacağı gözlənilir./apa/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar