Blogger Mehman Hüseynov cərimə olunaraq sərbəst buraxılıb
10.01.2017 1812 0.0 0

Blogger Mehman Hüseynov sərbəst buraxılıb.

 
Nəsimi Rayon Məhkəməsində blogger Mehman Hüseynovun işi üzrə məhkəmə keçirilib. 

Məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynov 200 manat məbləğində cərimələnərək, sərbəst buraxılıb. Vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər./apa/

 

*****

Blogger Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub.

 

APA-nın məlumatına görə, vəkil Elçin Sadıqov bildirib ki, M. Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.

 

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham olunur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar