Birinci sinfə qəbulla bağlı SMS məlumat sistemi işə salındı - BAKIDA
26.02.2018 841 0.0 0

“Softline Azerbaijan” şirkəti Bakıda uşaqların birinci sinfə qəbul olunması barədə elektron müraciət göndərmiş vətəndaşların məlumatlandırılması sistemini işə salıb.

Bu barədə şirkətdən məlumat verilib.

Bir müddət əvvəl şirkət Bakı Təhsil İdarəsinin bu sistemlə bağlı elan etdiyi tenderin qalibi olub. Fevralın 15-də “Softline Azerbaijan” şirkəti ilə 18 min manatdan çox məbləğdə müqavilə imzalanıb.

Qeyd edək ki, elektron müraciətlərin qeydiyyatı “mektebeqebul.edu.az” saytı vasitəsilə aparılıb. Qeydiyyat sentyabrın 15-dək davam edəcək./Trend/


Digər xəbərlər:
Şərhlər
avatar