Biri qara digəri isə ağ dərili əkizlər-FOTO
16.08.2015 781 0.0 0

Qazeta.info bildirir ki, İngiltərədə Kendali və Bayli adlı əkiz uşaqlar əksər əkizlər kimi eyni paltarlar geyinsələr də, çox fərqlidirlər.  “Türkiyə” qəzetinə istinadən verilən məlumata əsasən, əkizlərdən biri qara, digəri isə ağdərilidir.

Bunun baş vermə ehtimalı milyonda birdir. Uşaqların atası Kurtis Martin də onların qardaş olduğuna çətinliklə inanır. Ana Rebekka Horton isə əkizlər doğulanda gözlərinə inanmadığını bildirib.

Qeyd edək ki, uşaqların atası yamaykalı mulat, anası isə ağdərilidir. Tək yumurta əkizləri olmadıqları üçün onlar valideynlərindən fərqli genləri miras alıblar. Əkizlərdən biri sakit, digəri isə dəcəldir./trend/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar