Bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb
24.01.2022 300 0.0 0

Rusiyanın Omsk vilayətində bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə polis tərəfindən saxlanılıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Bir ailəni qətlə yetirməkdə şübhəli bilinən 14 yaşlı qız və onun 17 yaşlı tanışı saxlanılıb. Qız öldürülən qadının qızıdır”, - mənbə vurğulayıb.

Qeyd edək ki, yanvarın 22-də səhər saatlarında Omskın Yurievka kəndində mənzildən bir ailənin 10 yaşlı əlil uşaq da daxil olmaqla zorakılıqla öldürülmüş 3 nəfərin meyiti tapılıb./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar