Binəqədidə yanan binanın üzləyən şirkətin rəhbəri ifadə verib
23.11.2016 768 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Miryusif Mahmudovun vəkili hüquqlarını müdafiə etdiyi şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsinin ziddiyyət təşkil etdiyini deyib, istintaqa verilən ifadənin sübutlar siyahısından çıxarılması haqqında vəsatət verib.

 

Vəsatət baxılmamış saxlanılıb.

 

Sonra cinayət işində olan sənədlərin tədqiqi davam etdirilib.

 

Proses noyabrın 24-də davam etdiriləcək.

 

***

 

13:32

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs - Binəqədi rayon Mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş, rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun vəkili yanan binanın üzlənməsində hüquqlarını müdafiə etdiyi şəxsin heç bir rolu olmadığını deyib. O qeyd edib ki, işlərin təhvil-təslimində Binəqədi Rayon İcra Hakimiyyətində çalışan Telman Tanrıverdiyev və Rüfət Hüseynov məsuliyyət daşıyır, onlar məhkəmədə ifadə verməlidirlər.

 

 

Məhkəmə verilən vəsatəti baxılmamış saxlayıb.

 

Sonra cinayət işində olan sənədlərin tədqiqinə başlanılıb, hadisə yerinə baxış protokolu elan edilib.

 

Təqsirləndirilən Miryusif Mahmudov ifadəsində qeyd edib ki, yanğından sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb, oradan Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə gətirilib: "Həmin vaxt qapıda dayanan Ramazan Səfərov adlı şəxs MTN əməkdaşı olduğunu bildirdi. Məni müstəntiq Sənan Paşayevin xidməti otağına apardılar. Mənə demədilər ki, şahid və yaxud şübhəli şəxssən. Bütün bunlar mayın 19-da baş verib. Mayın 21-də təqsirləndirilən şəxs kimi təqdim olunmuşam. İfadəmdə dəyişiklik olub, faktiki rəhbərlik sözü əlavə olunub. Mayın 22-də Kürdəxanıya gətirildim. Həmin gündən Sənan Paşayevi görmədim, mənim yanıma gəlmədi. Avqust ayında onu gördüm. Ona dedim ki, ifadəmi al, mənə təzyiq ediblər, hədə-qorxu gəliblər. 10 ay ifadəmi almayıblar, heç kimlə üzləşdirməyiblər. Bu necə istintaq aparmaqdır?".

 

 

Proses günün ikinci yarısında davam edəcək.

 

 

 

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

 

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar