Binəqədidə yanan bina ilə bağlı təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər
10.01.2017 752 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə  Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov və “QlobalStone” MMC-nin baş direktoru Uğur Bəşirovun vəkilləri müdafiə çıxışı ediblər. Onlar çıxışlarında hüquqlarını müdafiə edən şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

 

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

 

Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətlərinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.


Prokuror yanan binanın üzlənməsində istifadə edilən “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi, təqsirləndirilən Miryusif Mahmudovun 10 il, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Qəzənfər Novruzovun 7 il, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərovun 7 il, Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirovun 8 il, Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş, rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbovun 7 il, 72 saylı mənzil-kommunal istismar sahəsinin sabiq rəisi Nizami Orucovun 5 il, "Dərnəgül Boru" Zavodunun laboratoriya sabiq rəhbəri Ağacavad Məmmədovun 5 il, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direktoru, təqsirləndirilən Akif Əlibəyovun isə 5 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.


Xatırladaq ki, 2015-ci mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.


Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar